00:00:00
Yazar
Admin User
18.09.2025 15:09 200 2 dəq oxuma
Mədəniyyət

Milli Musiqi Günü

Milli Musiqi Günü

18 sentyabr – Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə qeyd olunan Milli Musiqi Günüdür. Bu gün xalqımızın zəngin musiqi irsinin dəyərləndirilməsi, klassik ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi üçün xüsusi əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva bildirib ki, bu gün musiqiçilər üçün önəmli bir gündür:

 

 “Bu gün həm Üzeyir Hacıbəylinin, həm də onun həmkarı Müslüm Maqomayevin doğum günüdür. Hər iki bəstəkarın 140 illiyidir. Bununla bağlı respublikamızda geniş miqyaslı tədbirlər keçirilir. Bizim də bir çox tədbirlərimiz məhz Üzeyir bəyin xatirəsinə həsr olunub. Milli Musiqi günü artıq illərdir ki, ölkəmizdə qeyd olunur. Ənənə olaraq hər il dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında bu tarix təntənəli konsertlə qeyd olunur. Mən inanıram ki, bu ənənə davam edəcək. Çünki bu sənətkarlar bizim musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynayıb. Onlardan sonra gələn bəstəkarlar da ənənələrə sadiq qalaraq sələflərinin yolunu davam etdirirlər. Üzeyir bəy təkcə musiqidə deyil incəsənətin hər bir sahəsində öz izini qoyub. Azərbaycan musiqisində bütün ilklər onun adı ilə bağlıdır. Bu isə ondan sonra gələn gəncləri həvəsləndirir. Həmin qoyulan əsaslar üzərində özümüzü inkişaf etdiririk”.

 

Müsahibimiz həmçinin bildirib ki, Azərbaycan müsiqisinon dünyada tanınması üçün bir çox addımlar atılıb:

 

“Bəstəkarlarımızın əsərlərinin səhnələrimizdə səslənməsi buna şərait yaradır. Azərbaycan bəstəkarlarının əsərləri dünyanın bir çox səhnələrində ifa olunub və tanınıb. Bu istiqamətdə dirijor Niyazinin də rolu böyükdür. Hazırda yaradıcı gənc bəstəkarlar çoxdur. Onların əsərləri Almaniya, Fransa və digər ölkələrdə səslənir”.

 

Eyni zamanda müsahibimiz bildirib ki, gənclərə daha çox şərait yaradılmalıdır:

 

“Müasir bəstəkarların təkcə simfoniya, konsert, kamera əsərləri deyil, hətta opera və baletləri də səhnəyə qoyulmalıdır. Bu, təbii ki, bəstəkara stimul verir. Əsər səsləndikcə yaşayır, bəstəkar da ruhlanıb daha yeni-yeni gözəl işlər təqdim edir”.

 

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər