00:00:00
Yazar
Admin User
06.11.2025 18:05 179 1 dəq oxuma
Mədəniyyət

Milli Sərvətimizin Günü: Azərbaycan Radio və Televiziyası 6 noyabrda

Milli Sərvətimizin Günü: Azərbaycan Radio və Televiziyası 6 noyabrda

6 Noyabr Azərbaycan Radio və Televiziyası üçün xüsusi bir gündür. Bu tarix, ölkənin efir məkanının formalaşması, inkişafı və ictimaiyyətə təsir gücünün möhkəmlənməsi ilə bağlı uzun bir yolun mərhələsini əks etdirir. Radio və televiziya əməkdaşları bu gün də dəyişən informasiya ritminə uyğun olaraq dinləyici və tamaşaçıya daha operativ, daha dolğun və daha keyfiyyətli məzmun çatdırmağa çalışırlar.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti Rafiq Həşimov bildirib ki, Azərbaycan Radio və Televiziyasına ən gözəl, ən düzgün qiyməti ulu öndər Heydər Əliyev verib:

 

"Azərbaycan televiziyası Azərbaycan xalqının milli sərvətidir". Bundan böyük qiymət olarmı? Nəzərə alsaq ki, müasir dinləyici bir qədər daha sürətlə yaşayır, daha sürətlə görmək, eşitmək istəyir, bax bütün bu sürət faktorunu nəzərə alaraq biz də çalışırıq ki,qısa vaxt ərzində daha tutumlu məlumatlarla istənilən səpkidə bu bədii olsun, informativ olsun, məlumatlarla müasir dinləyicini qane edək, bu özü də həm maraqlıdır,həm də çətindir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər