Minimum əmək haqqı ilə bağlı üçüncü iclas bu gün keçiriləcək.
Əmək və Sosial Təminat Nazirliyinin ev sahibliyi ilə keçiriləcək Minimum Əmək Haqqının Müəyyənləşdirilməsi Komissiyasının üçüncü iclası bu gün saat 18:00-da keçiriləcək. Bu yekun iclasda 2026-cı il üçün minimum əmək haqqının müəyyən edilməsi gözlənilir.
7 milyon işçiyə birbaşa təsir edən və dolayı yolla bütün cəmiyyətə təsir edən yeni minimum əmək haqqının müəyyən edilməsi prosesi davam edir. İlk iclasını 12 dekabrda, ikinci iclasını isə 18 dekabrda keçirən Minimum Əmək Haqqının Müəyyənləşdirilməsi Komissiyası bu gün saat 18:00-da üçüncü və son iclasını keçirəcək. İkinci iclasında iqtisadi məlumatları və hesabatları nəzərdən keçirən komissiyanın bu gün hökuməti və işəgötürən sektorlarını təmsil edən üzvlərin səsverməsi yolu ilə yeni minimum əmək haqqını müəyyən etməsi gözlənilir.
TRT XƏBƏR
Ləman Mahmudlu
