Misir prezidentinin maşınla keçdiyi yerə qırmızı xalı sərildi, etiraza səbəb oldu
Misir prezidenti Sisi və hökumət nümayəndələrinin Qahirənin 6 Oktyabr prospektinə ziyarəti zamanı rəsmiləri daşıyan avtomobillərin keçdikləri yerə qırmızı xalı döşənib.
İnformator.az “DailyMail”ə istinadən xəbər verir ki, Prezidentin hökumətin xərcləri azaltması ilə bağlı çıxışından sonra baş verən bu hadisəni əhali “israfçılıq” adlandırıb. Ordu isə xalının “Misir xalqını əyləndirmək məqsədi daşıdığını” ifadə edib.
Misir mətbuatında 2013-cü ildə çevriliş yolu ilə hakimiyyətdən gedən Məhəmməd Mursidən sonra prezident olan keçmiş Baş qərargah rəhbəri Sisiyə qarşı çox saylı tənqidi xəbərlər yer alır. Xüsusi telekanal olan “ON Tv”nin müxbiri xalıların döşənməsini ikiüzlülük adlandırıb və pulu keçədə donan insanlara ədyal almaq üçün xərcləyə bilmərik deyə sual verib.
Misir ordusunun nümayəndəsi isə xalılar bahalı deyil və gələcək mərasimlərdə də istifadə ediləcək deyib.
