00:00:00
Yazar
Zəhra Həsənova
28.05.2026 14:53 24 2 dəq oxuma
Siyasət

Mixail Mirilaşvili: Azərbaycanda formalaşmış tolerantlıq mühitini yüksək qiymətləndiririk

Mixail Mirilaşvili: Azərbaycanda formalaşmış tolerantlıq mühitini yüksək qiymətləndiririk

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycanın Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az” a açıqlamasında bildirib ki,Azərbaycanın tolerantlıq siyasəti ölkənin beynəlxalq nüfuzunu gücləndirir və müsbət qiymətləndirilir:

 

“Azərbaycan ümumilikdə dünyanın, eləcə də Avropanın əsas tolerant ölkələrindən biri hesab olunur. Ölkəmiz bu nümunəni hər zaman nümayiş etdirib və hesab edirəm ki, hazırda yeni dünya düzəninin formalaşdığı bir dövrdə ən doğru siyasətlərdən biri də məhz budur. Azərbaycan dövlətinin yəhudilərlə bağlı siyasəti hər zaman birmənalı və açıq olub və düşünürəm ki, belə də davam etməlidir. Çünki istər Azərbaycanda yaşayan, istərsə də xaricdə fəaliyyət göstərən yəhudi icmaları Azərbaycanın haqq işində daim dövlətimizin və xalqımızın yanında olublar. Gələcəkdə də bu dəstəyin davam edəcəyinə heç bir şübhə yoxdur. Təbrik məktubunda qeyd olunan fikirlər də bir daha göstərir ki, onların Azərbaycan dövlətinə və xalqına münasibəti olduqca yüksəkdir. Hesab edirəm ki, Azərbaycanın tolerantlıq və multikulturalizm siyasəti beynəlxalq aləm tərəfindən hər zaman dəstəklənib və bundan sonra da dəstəklənəcək. Eyni zamanda, 28 May –Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı təbriklər də onu göstərir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət dünya tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir. Azərbaycan xarici siyasətində bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan sıx əlaqələrin qurulmasının tərəfdarı olub və bunu daim açıq şəkildə nümayiş etdirib. Beynəlxalq nüfuza gəlincə isə, Azərbaycan dövlətinin və Prezidentinin beynəlxalq aləmdəki mövqeyi artıq öz sözünü deyir. Bunu xüsusilə İkinci Qarabağ müharibəsi dövründə də açıq şəkildə gördük. Azərbaycan həm siyasi mövqeyi, həm də liderinin qətiyyəti ilə beynəlxalq arenada nüfuzu ilə seçilən dövlətlərdən biridir”.

Arzu Poladova

#mirilaşvili: #qiymətləndiririk #mühitini #yüksək #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər