00:00:00
Yazar
Admin User
16.10.2025 08:37 175 1 dəq oxuma
Mədəniyyət

Əməkdar artist Rəşad Bəxtiyarov dünyasını dəyişib

Əməkdar artist Rəşad Bəxtiyarov dünyasını dəyişib

Bu gün incəsənət dünyamız daha bir işığını itirib- Əməkdar artist Rəşad Bəxtiyarov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib

 

1978-ci ilin dekabrında Bakıda doğulan Rəşad Bəxtiyarov 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Teatr səhnələrində sözsüz rollardan tutmuş mürəkkəb xarakterlərə qədər geniş spektrdə obrazlar yaradıb, tamaşaçıların qəlbində özünəməxsus yeri qazanıb. 

 

Onun aktyorluq yolu təkcə səhnə ilə kifayətlənməyib-“Həqiqət işığında”, “Bəyaz həyat” və bir çox başqa film-serial layihələrində də çəkilib. Dörd dəfə Prezident Mükafatına layiq görülməsi onun sənətə verdiyi töhfənin dövlət səviyyəsində tanınması olub. 

 

Rəşadın itkisi yalnız aktyorluq ailəsi üçün deyil, sənətsevərlər üçün də böyük üzüntü olub. Onun səhnədəki ifadəsi, obraz verdiyi xarakterlərdəki incəlik və həssaslıq hər zaman yadda qalacaq. Hər tamaşada o, nəinki bir rolu həyatdan çıxarıb gətirib, həm də bizimlə-izləyicilərlə həmin duyğunu bölüşüb.

 

Bu anlarda sözlər çatmaz-geridə qalan xatirələr, səhnədəki duruşu, verdiyi nəfəslər onunla qalıb. Qaranlıq gecədə belə, işığı sönməyəcək bir ulduz sönüb.

 

Allah rəhmət eləsin, sevgili sənatkar!

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər