00:00:00
Yazar
Admin User
06.11.2025 19:06 167 1 dəq oxuma
Mədəniyyət

Əməkdar artist Vahid Əliyevin əziz xatirəsinə

Əməkdar artist Vahid Əliyevin əziz xatirəsinə

Azərbaycan teatr və kino sənəti daha bir dəyərli sənət nümayəndəsini itirib. Əməkdar artist Vahid Əliyev dünyasını dəyişib. Onun ölüm xəbərini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.

 

Vahid Əliyev uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyət göstərib, həmçinin müxtəlif televiziya tamaşaları və filmlərdə yaddaqalan obrazlar yaradıb. O, sənətdə sadəliyi, səmimiyyəti və obrazlara dərindən yanaşması ilə seçilib. Səhnədə canlandırdığı rollar, xüsusilə milli xarakterin psixoloji qatlarını açmaq bacarığı ilə tamaşaçıların qəlbində xüsusi yer qazanıb.

 

Uzun illər ərzində o, gənc aktyorların yetişməsinə də böyük töhfə verib, sənət sevgisini onların ruhuna aşılayıb.

 

Azərbaycan mədəniyyəti üçün bu itki böyükdür.

 

Onun xatirəsi tamaşaçıların, həmkarlarının və sevənlərinin qəlbində daim yaşayacaq.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər