00:00:00
Yazar
Admin User
10.12.2025 17:09 90 2 dəq oxuma
Sosial

Məktəblərdə Elektron Jurnala Keçid

Məktəblərdə Elektron Jurnala Keçid

Ölkədə təhsil sahəsində rəqəmsallaşma prosesi sürətlə davam edir. Bu il bir sıra məktəblərdə ənənəvi kağız jurnallardan elektron jurnala keçid həyata keçirilib.

 

Mövzu ilə bağlı ibtidai sinif müəllimi Aynur Xəlilova “İnformator.az”a bildirib ki, elektron jurnala keçid onların işini xeyli asanlaşdırıb:

 

“Sadəcə lazımi işarələrə basmaqla qısa müddətdə jurnalı tamamlamaq olur. Əvvəl üç fərqli jurnalı doldurmaq lazım idisə, indi bir neçə kliklə iş bitir. Valideyn baxımından da çox faydalıdır. Uşaqlar bəzən qiymətlər barədə valideynə yalan deyir, amma elektron jurnalda valideyn dərhal məlumatı görə bilir. Elektron jurnal müəllimlərin işini asanlaşdırmaqla yanaşı, valideynlərin uşaqlarını izləməsini də effektiv edir və təhsil prosesinin şəffaflığını təmin edir".


Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a bildirib ki, elektron jurnallar əvvəlcə Bakı şəhərində pilot layihə kimi bir neçə məktəbdə tətbiq olunub. Layihənin effektivliyi özünü doğrultduğu üçün artıq respublika üzrə dəstəklənərək genişləndirilib:

 

“Bu layihə artıq geri dönməyəcək. Artıq həm hibrid, həm də kağız variantına ehtiyac qalmayacaq. Elektron jurnallar təkmilləşərək inkişaf edəcək. Valideyn məmnunluğu da burada özünü göstərib. Jurnalların tərtibatında valideyn-məktəb münasibətlərinə xüsusi yer ayrılıb ki, valideynlər uşaqlarının dərs fəaliyyətini asanlıqla izləyə bilsinlər. Müəllimlər isə artıq yazı-pozu işindən azad olunub. Təcrübədən keçirilmiş elektron jurnallar tətbiq edildikdən sonra həm müəllimlərin işi asanlaşacaq, həm də valideynlər uşaqlarını izləməkdə rahatlıq əldə edəcəklər. Yenidən köhnə kağız jurnallara qayıtmaq məntiqli görünmür”.

 

Ekspert vurğulayıb ki, elektron jurnalların tətbiqi təhsildə şəffaflığı artırır, idarəetməni səmərəli edir və məktəb-valideyn əməkdaşlığını gücləndirir.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər