Məktəblərdə yeni dərs tədris oluna bilər
“Məktəblərdə milli-mənəvi dəyərlərlə bağlı dərslərin yaradılmasına böyük maraq olarsa, bu məsələ Dövlət Standartlarına təklif edilə bilər”. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda panel müzakirəsi zamanı bildirib.
Mövzu ilə əlaqədar “İnformator.az” a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məncə, hələ bu təşəbbüsdür:
“Əgər belə bir fənnin tədrisə gətirilməsi vacib bilinirsə, bunun üçün əvvəlcədən həmin tədrislə məşğul olacaq müəllimlərin hazırlığı lazımdır. Bu da ən azından 2026-2027-ci tədris ili üçün planlaşdırılsa, bu ixtisas üzrə müəllim hazırlayan ixtisaslar üçün əlavə 4 ildə gözləmək lazım gələcəkdir. Əgər oxşar fənlərdən bu fənn tədris olunacaqsa, əlbəttə ki, burada o qədər də effekti olmayacaq. Bu məsələ indi təklif olunubsa, yaxın 5-6 ilə reallaşa bilər”.
Səadət Əlizadə
