“Mən gəldim, qızlar” tamaşası yenidən səhnədə
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən gəldim, qızlar” tamaşası yenidən nümayiş olundu.
"İnformator.az" xəbər verir ki, İsveç dramaturqu Lars Nurenin “Müharibə” əsəri əsasında hazırlanan psixoloji dram bu dəfə də böyük maraqla qarşılandı.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Bəhram Osmanovdur. Tamaşada əsas rolları Əməkdar artist Kəmalə Müzəffər və Xalq artisti Qurban İsmayılov ifa etdilər.
İki hissədən ibarət tamaşa milli, irqi, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir xalqın yaşaya biləcəyi faciəvi hadisələri səhnə dilində təqdim etdi.
Ayan Sədi
