Məntiqin sərhədlərini aşan zəka
Bu gün qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünya elminə dəyərli töhfələr verən azərbaycanlı alim Lütfəli Rəhim oğlu Ələsgərzadənin doğum günüdür.
Bu tarix insan düşüncəsinə yeni baxış gətirən bir zəkanın xatırlanması baxımından xüsusi əhəmiyyət daşıyır. Elm uzun müddət “ya doğru, ya yanlış” prinsipi ilə formalaşıb. Lütfi Zadə isə insan düşüncəsinin bu qədər sərt olmadığını sübut edib və qeyri-müəyyənliyi elmi anlayış səviyyəsinə qaldırıb. Onun irəli sürdüyü nəzəriyyə klassik məntiqi inkar etməyib, əksinə onu tamamlayaraq müasir elmin inkişafına yeni istiqamət verib. Bu gün süni intellektdən tutan avtomatik idarəetmə sistemlərinə qədər bir çox sahədə Lütfi Zadənin ideyalarından istifadə olunur. Onun elmi irsi texnologiyanın gündəlik həyatımıza inteqrasiyasında mühüm rol oynayır. Lütfi Zadə ömrünü vətəndən uzaqda keçirsə də, adı Azərbaycanı dünya elmi xəritəsində tanıdıb. O, səssiz, lakin dərin iz buraxıb və sübut edib ki, böyük ideyalar səs-küylə deyil, zamanla qəbul olunur. Bu gün Lütfi Zadəni xatırlamaq yalnız bir alimi anmaq deyil-düşünməyə, sual verməyə və qeyri-müəyyənlikdən qorxmamağa hörmətdir.
Banuçiçək Məmmədova
