00:00:00
Yazar
Səadət Əlizadə
28.09.2026 14:34 74 1 dəq oxuma
Araşdırma

Mobi Dikin sirri: Kaşalot balinası gəmini necə batırıb?

Mobi Dikin sirri: Kaşalot balinası gəmini necə batırıb?

Mobi Dik romanına ilham verən Essex gəmisinin batmasından 200 ildən çox sonra alimlər kaşalot balinasının nəhəng gəmini necə məhv etdiyini araşdırıblar.

 

1820-ci il noyabrın 20-də 15 yaşlı Tomas Nikerson Essex balinaovlayan gəmisində idi. Kaşalot əvvəlcə gəmidən uzaqlaşıb, daha sonra geri qayıdaraq yüksək sürətlə gəmiyə çırpılıb. İkinci zərbədən sonra gəminin ön hissəsi dağılıb və Essex batıb. Hadisə daha sonra Herman Melvilin “Mobi Dik” romanına ilham verib.

 

Balinanın gücü haradan gəlir?

 

Alimlərin diqqətini kaşalotun başında yerləşən böyük yağlı orqan cəlb edib. Təkamül bioloqu Deyv Karrier 2002-ci ildə bu orqanın döyüş zamanı güclü zərbə vurmaq üçün istifadə oluna biləcəyini irəli sürüb.


Bu fikir Essex gəmisinin baş köməkçisi Ouen Çeysin 200 il əvvəl söylədiyi ehtimalla uyğun gəlib. Çeys balinanın başından silah kimi istifadə etdiyini düşünüb.

 

Havay Universitetinin ekofizioloqu Alek Burslem kaşalotların bir-birinə başları ilə çırpıldığını müşahidə edib. Bir cavan balinanın zərbəsinin gücü təxminən 460 kilonyuton olub. Alimlərin hesablamasına görə, yetkin kaşalotda bu göstərici 1200 kilonyutona çata bilər. Bu güc gəminin gövdəsinə ciddi zərər vurmağa kifayət edə bilər.


Alimlər kaşalotların davranışını və başındakı orqanların funksiyalarını hələ tam öyrənməyiblər. Onlar bu nəhəng heyvanların qorunmasının və daha çox araşdırılmasının vacib olduğunu bildiriblər.

 

Aysu Abbasova

#batırıb? #baki #mobi #necə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər