Moda
Moda təkcə geyim seçimi deyil, eyni zamanda insanın özünüifadə formasıdır. Zamanla dəyişən trendlər, sosial medianın təsiri və fərdi üslub anlayışı modanı daha da dinamik edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında rəssam dizayner, modelyer Şəlalə Maqsudova bildirib ki, moda nədir-moda insanların həyatının müəyyən sahəsində müvəqqəti olaraq populyar olan zamanla dəyişən üslub və tərzdir:
"Bu dediyimiz tərz isə zamanla dəyişilir. Amma bəzəndə olur ki, müəyyən zaman keçəndən sonra yenidən qayıdışı olur. Bir zaman populyar olan şeylər bir müddət sonra “modası keçmiş"olur. Hər kəs üçündə moda fərqli qarşılanır. Kimisi üçün moda maraqdı yaxından izləyir, kimsə üçün bu çox önəmlidir, dəbin arxasınca qaçır, bəzi insanlar üçün isə heç maraqlı deyil. Mənim fikrimcə, modanı izləmək olar, amma sənin də bir üslubun olmalıdır. Ən önəmlisi budur ki, sənin obrazın sən özünsən. Özün öz tərzini bilməlisən. Zövqlə geyinmək böyük məharətdir. Yaxşı zövqü olan kəs bahalı brend, markalara yüksək ödəniş xərcləyib, geyinməyəcək. Son vaxtlar insanlar dəbdən çox rahat, konfort geyimlərə daha çox üstünlük verir. Bu müəyyən yaş quruplarına aiddir, bəzən dəbdə olan geyim insanlarda diskanfortluq yaradır. Dəblə ayaqlaşsaq belə hər şeyin bir həddi var. Modanın ifrat dərəcəsi eybəcərlikdir".

Gövhər Mehyəddinova
