00:00:00
Yazar
Admin User
13.04.2023 09:54 273 1 dəq oxuma
Dünya

Moldoviyaya müasir ordu üçün 250 milyon euro lazımdır

Moldoviyaya müasir ordu üçün 250 milyon euro lazımdır

Moldoviya rəsmisi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ordunu modernləşdirmək üçün 250 milyon euroya ehtiyac olduğunu bildirib.

 

İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, Moldoviya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi Rusiyanın ötən il Ukraynaya müdaxiləsindən sonra Moldovanın ordusunu modernləşdirmək üçün 250 milyon avroya (275 milyon dollar) ehtiyac olduğunu dilə gətirib.

 

Müdafiə Siyasəti üzrə Dövlət Katibi Valeriu Mia Kişinyovda keçirilən təhlükəsizlik forumunda bildirib ki, müdafiə sektorunun inkişafı ilə bağlı ictimai rəyin dəyişdirilməsi üçün başlanğıc nöqtəsi 2022-ci ilin fevral şoku olub: "Əbədi sülh xəyalları ilə romantizm dövrü bitdi və artıq fərqli yanaşma lazımdır".

 

Onun sözlərinə görə, bu il ölkəyə Avropa Sülh Fondundan 87 milyon avro, həmçinin büdcəyə 80 milyon avro daxil olması müəyyən olunub.

 

İctimaiyyətə açıqlana bilməyən başqa rəqəmlər də olduğunu bildirən Miya əlavə edib ki, hava hücumundan müdafiə sistemlərinin alınması son vaxtlara qədər prioritet deyildi: "Amma ötən ilki hadisələr bizi yenidən düşünməyə vadar etdi”.

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər