Moskva Ankaraya çağırış edib
Ankara dəqiq bilir ki, Moskva ilə əlaqələri normallaşdırmaq üçün nəyə ehtiyacı var, bu Rusiyaya qarşı iddiaları dayandırmalı və hökumətlərarası əlaqələr çərçivəsində hərəkət etməlidir.
İnformator.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici İşlər nazirinin müavini Aleksey Meşkov deyib. Meşkov bildirib ki, türkiyəli rəsmilər Su-24 təyyarəsinin vurulmasına görə kompensasiya ödəməli, üzr istəməli və bir də belə bir hadisənin baş verməyəcəyi ilə bağlı zəmanət verməlidir. Türkiyənin Xarici işlər nazirliyinin sözçüsü isə Ankaranın bunu etmək üçün niyyətinin olmadığını deyib.
“Türkiyə tərəfi çox yaxşı bilir ki, Rusiya-Türkiyə əlaqlərini normallaşdırmaq üçün nəyə ehtiyac var. Bizim bir neçə həftə öncə dediyimiz bu gün də qüvvədədir. Vəziyyəti intensivləşdirməyin və Rusiya əleyhinə tamailə icad olunmuş iddialar irəli sürmək əvəzinə, daha yaxşı olardı ki, güzgüyə və mədəni dövlətlərarası münasibətlərə etdiklərinə baxsınlar.Bizim növqeyimiz dəyişməyib ”,-Meşkov müsahibəsində deyib.
