00:00:00
Yazar
Admin User
04.02.2016 08:41 570 1 dəq oxuma
Dünya

Moskva Vaşinqtonla dost olmaq üçün yalvarmayacaq – Lavrov

Rusiya inanır ki, ABŞ-ın Moskvaya yanaşması praqmatizm daxilində inkişaf edəcək, amma Moskva Vaşinqtonla dost olmaq üçün yalvarmır
Moskva Vaşinqtonla dost olmaq üçün yalvarmayacaq – Lavrov

Rusiya inanır ki, ABŞ-ın Moskvaya yanaşması praqmatizm daxilində inkişaf edəcək, amma Moskva Vaşinqtonla dost olmaq üçün yalvarmır.

İnformator.az “RiaNovosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

“Biz ümid edirik ki, ABŞ-ın Rusiyaya yanaşması praqmatizm və ölçü daxilində inkişaf edəcək. Tarixi təcrübə göstərir ki, bizim ölkələrimiz səmərəli əməkdaşlıq etməyə qadirdir və maraqların balansı olduğu yerdə nəticə əldə edir və son dəqiqə siyasi qazanclar üstünlük təşkil etmir”,-Lavrov deyib.

Lavrov vurğulayıb ki, Moskva və Vaşinqtonun terrorizmlə mübarizə daxil olmaqla, ortaq çalışmaları var: “Putin dəfələrlə vurğulayıb ki, biz konfliktə cəhd etmirik, biz ABŞ-la əməkdaşlığa açığıq. Əlbəttə, bu o mənaya gəlmir ki, Rusiya dost olmaq üçün yalvaracaq yaxud, prioritetlərini dəyişəcək, və ya işğalçı hücumlara göz yumacaq”.

“Belə görünür ki, Vaşinqton başa düşüb ki, Rusiyanı regiondan təcrid etmək və ya onun təsirini məhdudlaşdırmaq qeyri-mümkündür”,- Lavrov aylıq İtaliyan jurnalı “Lime”ə müsahibəsində deyib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər