00:00:00
Yazar
Admin User
29.09.2025 19:48 218 1 dəq oxuma
Araşdırma

Məşhur kardioloq Cabiri öldürən davranışlardan yazıb

Məşhur kardioloq Cabiri öldürən davranışlardan yazıb

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova əməkdar artist Cabir İmanovun qəfil ölümü fonunda idman zallarındakı qeyri-professional şəraitə diqqət çəkib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Feysbuk hesabında etdiyi paylaşımında həkim diqqətdən kənar qalan bir neçə nüansa toxunub.

 

O bildirib ki, dəfələrlə bu mövzuda yazıb, çıxışlar etsə də, həm idmançıların, həm də məşqçilərin kinayəli münasibəti ilə qarşılaşıb:

 

"1. Əvvəla, o məkanlarda həqiqətən də professional treynerlər olmalıdır. Hansılar ki ilkin tibbi yardımı həkim səviyyəsində bilir;

 

2. İkincisi, idman zallarında defibrilyator aparatı qoyulmalıdır, hansının ki, istifadəsini adi vətəndaş da edə bilər;

 

3. Üçüncüsü, idmana gələn, yazılan hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır - əsl kağız, yalançı yox;

 

Cabir İmanovla uşaqlığımız, gəncliyimiz getdi.

 

Halbuki o hələ uzun yaşaya bilərdi. Ürək ən vəfasız orqandır. Ən vəfasız", - o əlavə edib.

 

Kamera görüntülərinə baxdığını da vurğulayan həkim qeyd edib:

 

"Mənasız zaman itkisi. Zaman itkisi. Zaman itkisi. İndi daha çox yandım ölümünə".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər