00:00:00
Yazar
Elmira Ağayeva
07.09.2026 22:47 59 2 dəq oxuma
Maraqlı

Müasir həyat biləkləri zəiflədir

Müasir həyat biləkləri zəiflədir

 

Müasir həyat tərzi, təkrarlanan hərəkətlər və müxtəlif zədələr bilək sağlamlığı üçün uzunmüddətli problemlər yarada bilər. Mütəxəssislər bildirirlər ki, biləklərin qorunmasına gözlənildiyindən daha erkən yaşlardan diqqət yetirmək lazımdır.

Bilək gündəlik həyatda ən çox istifadə olunan və mürəkkəb quruluşa malik nahiyələrdən biridir. Yazı yazmaq, kompüterdə işləmək, ağır əşyaları qaldırmaq, qapını açmaq və ya idmanla məşğul olmaq zamanı biləklər aktiv şəkildə istifadə olunur.

Mütəxəssislərin sözlərinə görə, bilək tək bir oynaqdan ibarət deyil. Onun quruluşunda səkkiz kiçik sümük, ön qol sümükləri və ovucdakı sümüklər iştirak edir. Bu mürəkkəb sistemdə sümüklər və bağlar arasında həssas tarazlıq mövcuddur.

ABŞ-ın Cənubi Florida Universitetinin professoru Endryu Abadirin sözlərinə görə, bu tarazlığın pozulması gələcəkdə bilək artritinin yaranmasına səbəb ola bilər.

Bilək zədələri, yaşlanma, təkrarlanan hərəkətlər və uzun müddətli fiziki yüklənmə gələcəkdə ciddi problemlər yarada bilər. Xüsusilə, bağların və sümüklərin zədələnməsi, həmçinin davamlı iltihab biləkdə qığırdaq toxumasının zədələnməsinə və sümüklərin düzgün yerləşməməsinə səbəb ola bilər.

Araşdırmaçılar qeyd edirlər ki, bəzi zədələr ilk baxışdan ciddi görünməsə də, onların fəsadları illər sonra üzə çıxa bilər. Məsələn, gənc yaşlarda alınan zədə, təkrarlanan burulma hərəkətləri və ya açıq əlin üzərinə yıxılmaq gələcəkdə bilək problemlərinə yol aça bilər.

İsveçin Lund Universitetinin bilək reabilitasiyası üzrə tədqiqatçısı Sara Larsson bildirir ki, bəzi insanlar gənclik illərində aldığı zədədən sonra tam sağaldığını düşünsə də, 20 il sonra biləkdə müxtəlif problemlərlə qarşılaşa bilirlər.

Mütəxəssislər bilək sağlamlığının qorunması üçün zədələrə vaxtında müdaxilə etməyin, təkrarlanan hərəkətlər zamanı fasilələr verməyin və ağrı uzun müddət davam etdikdə həkimə müraciət etməyin vacibliyini vurğulayırlar.

 

Elmira Ağayeva

#yeni #gündəm #həyat #müasir #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər