00:00:00
Yazar
Elmira Ağayeva
27.08.2026 10:34 120 2 dəq oxuma
Araşdırma

“Mühəndislik və Kod” düşərgəsi başa çatıb

“Mühəndislik və Kod” düşərgəsi başa çatıb

 

Şamaxıda keçirilən Yay Fest 2026 çərçivəsində “Mühəndislik və Kod” düşərgəsi başa çatıb.

17-21 avqust tarixlərində təşkil olunan 5 günlük düşərgədə texnologiyaya və innovasiyalara maraq göstərən gənclər bir araya gəlib. İştirakçılar mühəndislik, proqramlaşdırma, süni intellekt və rəqəmsallaşma üzrə biliklərini artırıb, praktiki fəaliyyətlərdə iştirak edib və komanda şəklində müxtəlif tapşırıqları yerinə yetiriblər.

Proqram çərçivəsində gənclər dövlət rəsmiləri və sahə üzrə mütəxəssislərlə görüşlər keçirib. Süni intellektin yaratdığı imkanlar, yeni texnologiyaların inkişafı, müasir beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub.

Düşərgənin tədris hissəsində isə süni intellekt və proqramlaşdırmaya xüsusi diqqət ayrılıb. “AI alətləri ilə effektiv proqram təminatının hazırlanması” və “Kod mühəndisliyində süni intellekt: İdeyadan real layihəyə” mövzularında təlimlər keçirilib. Gənclər AI alətlərindən istifadə, proqram təminatının hazırlanması və texnoloji ideyaların real layihələrə çevrilməsi istiqamətində praktiki biliklər əldə ediblər.


Bununla yanaşı, iştirakçılar üçün timbildinq, böhran vəziyyətlərinin idarə olunması, ilkin tibbi yardım, düzgün qidalanma və fiziki aktivliklə bağlı təlimlər də təşkil olunub.

Düşərgə yalnız təlimlərlə məhdudlaşmayıb. Gənclər aerobika, yoqa, pilates, zumba, intellektual oyun, xor təlimi və airsoft kimi fəaliyyətlərdə iştirak edib. Axşam proqramlarında isə musiqili çıxışlar və DJ performansları təşkil olunub.



Qeyd edək ki, Yay Fest 2026 çərçivəsində sentyabrın 4-dək “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” olmaqla 8 düşərgənin keçirilməsi nəzərdə tutulur.

Hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gəncin iştirakı gözlənilir.

#yeni #gündəm #baki #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər