00:00:00
Yazar
Lalə Qafarova
02.07.2026 22:14 26 1 dəq oxuma
Siyasət

Münasibətlərdə tarixi dönüş: Bakı və Vaşinqton xartiyaya sadiqliyini təsdiqləyir 

Münasibətlərdə tarixi dönüş: Bakı və Vaşinqton xartiyaya sadiqliyini təsdiqləyir

Azərbaycan Baş nazirinin müavini Samir Şərifov ölkəmiz ilə ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasını ikitərəfli əlaqələrin inkişafında tarixi mərhələ kimi qiymətləndirib.

ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən S.Şərifov vurğulayıb ki, bu sənəd iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyasi şərhçi Taleh Əliyev xatırladıb ki, strateji xartiya bu il fevralın 10-da ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə birgə imzalanıb:

 

"Bu sənəd Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələlərindən tutmuş ticarət, iqtisadiyyat, investisiya, rəqəmsal inkişaf və süni intellekt sahələrinə qədər çox geniş bir spektri əhatə edir. Eyni zamanda, nəqliyyat-logistika imkanlarını və bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlığı özündə ehtiva edən əhatəli bir sənəddir. Xartiyanın yenidən gündəmə gətirilməsi onu göstərir ki, Azərbaycan ABŞ ilə əldə olunmuş razılaşmaya sadiqdir və dövlətlərarası münasibətlərin bu çərçivədə inkişafında maraqlıdır".

 

Siyasi şərhçi əlavə edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda sülh danışıqlarının keçirilməsi, ABŞ Prezidenti Donald Trampın buna şahidlik etməsi və vitse-prezidentin Bakı səfəri əlaqələrin gücləndiyini göstərir:

 

"Bu addımlar hər iki tərəfin sənədə sadiq olduğunu sübut edir. Münasibətlər bundan sonra da bu istiqamətdə inkişaf edəcək".

 

 

Aişə Mustafayeva

 

 

#Azərbaycan #ABŞ #8avqust #xartiya #sadiqlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər