00:00:00
Yazar
Admin User
25.04.2023 09:20 283 1 dəq oxuma
Dünya

Murat Boz pərəstişkarının arzusunu gerçəkləşdirə bilmədən üzücü xəbəri aldı

Murat Boz pərəstişkarının arzusunu gerçəkləşdirə bilmədən üzücü xəbəri aldı
Xərçəng xəstəsi pərəstişkarını görməyə hazırlaşan Murat Boz aldığı ölüm xəbəri ilə sarsılıb.
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesabında yayımladığı videoda danışmağa çətinlik çəkən Murad Boz pərəstişkarının dünyasını dəyişdiyini bildirib: "Bu gün eşitdim ki, məni görmək istəyirsən. Kaş ki, əvvəldən xəbərim olaydı. Deməyə söz tapa bilmirəm".
 
Görüşməyə hazırlaşdığı Sılanın ölüm xəbərini eşidən Murad Boz instaqram hesabından video yayımlayaraq üzüntüsünü ifadə edib.
 
Danışmaqda çətinlik çəkən müğənni "Bu mənim üçün çox çətin klipdir. Bu gün Sılanın məni görmək istədiyini eşitdim. Anası ilə danışdım. Mən gələndə reanimasiyada idi. Sılamız mələk oldu. Allah rəhmət eləsin. Kaş ki, əvvəldən xəbər tutaydım" - deyib.
 
Qeyd edək ki, Murad Boz bir çox pərəstişkarının arzusunu gerçəkləşdirmək üçün daha əvvəl də onlarla görüşüb.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər