00:00:00
Yazar
Banuçiçək Məmmədova
24.04.2026 15:45 19 2 dəq oxuma
Sosial

Mütəmadi ağrıkəsici istifadəsi: gizli təhlükələr və sağlamlığa təsiri

Mütəmadi ağrıkəsici istifadəsi: gizli təhlükələr və sağlamlığa təsiri

Ağrıkəsicilər gündəlik həyatda ən çox istifadə olunan dərmanlardan biridir. Baş, diş və ya əzələ ağrısı zamanı insanlar tez-tez bu vasitələrə müraciət edir və onları təhlükəsiz hesab edir. Lakin Ibuprofen, Paracetamol və Aspirin kimi ağrıkəsicilərin uzun müddət və nəzarətsiz istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, ağrıkəsicilər müxtəlif kateqoriyalar üzrə tibbdə tətbiq edilir və ümumilikdə ən çox istifadə olunan dərman preparatlarından biridir:

 

“Ağrıkəsmə yalnız dərman vasitələri ilə məhdudlaşmır, müxtəlif üsullar da mövcuddur. Lakin ən geniş istifadə olunanlar məhz dərmanlardır. Bu dərmanların bir qrupu narkotik analgetiklərdir. Onlar asılılıq yaratdığı üçün xüsusi qeydiyyat altında olur və əsasən xəstəxana şəraitində xəstələrə təyin edilir. Müxtəlif növ narkozun və anesteziyanın aparılması da bu dərmanlarla həyata keçirilir. Bundan əlavə, yerli təsirli ağrıkəsicilər və qeyri-steroid iltihabəleyhinə dərmanlar (QSİƏD) mövcuddur ki, bunlar da ağrının aradan qaldırılmasında istifadə edilir. Bu maddələrin arzuolunmaz təsirlərindən biri mədə-bağırsaq qanaması və yara əmələ gətirmə ehtimalıdır. Bu hallar hər kəsdə baş verməsə də, nadir hallarda müşahidə oluna bilər. Hətta bir tablet aspirin, ketanal və s. belə qanamaya səbəb ola bilər.
Bu dərmanların əsas yan təsirlərindən biri məhz mədə-bağırsaq sisteminə göstərdiyi zədələyici təsirdir. Bununla belə, salisilatlar qrupuna aid olan aspirin bəzi xəstələrə ömürlük təyin edilir. Hazırda bu dərmanların mədəyə mənfi təsirini azaltmaq üçün müxtəlif kombinasiyalarda istifadəsi geniş yayılıb. Ümumiyyətlə, ağrıkəsicilər özbaşına istifadə edilməməlidir. Bəzi hallarda bir dəfəlik istifadə mümkün olsa da, davamlı qəbul mütləq həkim nəzarəti ilə aparılmalıdır. Dünyanın bir çox yerində ibuprofen və parasetamol kimi ağrıkəsicilər sərbəst satılsa da, onların qəbulu yenə də həkim tövsiyəsi ilə həyata keçirilməlidir”.

 

Banuçiçək Məmmədova

#istifadəsi: #gündəm #xəbər #təsiri #mütəmadi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər