Myanmarda hücum nəticəsində 100-dən artıq insan itkisi olduğu ehtimal edilir
Myanma ordusunun çərşənbə axşamı Pa Zi Gyi kəndinə endirdiyi hava hücumunda 100-dən çox adamın öldüyü ehtimal edilir.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, hücumdan sağ qalanlar ən azı 80 cəsəd topladıqlarını, amma bu rəqəmin daha da artacağını gözlədiklərini bildiriblər.
Myanma hərbi administrasiyasının təmsilçisi general Zav Min Tun dövlət televiziyasına açıqlamasında hava hücumu təşkil edildiyini etiraf edib.
O, müqavimət qüvvələrinin ofisinin açılış mərasiminin burada keçirildiyini əsas gətirərək, şimal-qərbdəki Saqainq rayonundakı kəndə hücuma qərar verdiklərini bildirib.
Myanmada Xalq Müdafiə Qüvvələri (PDFS) kimi tanınan milislər ölkədəki hərbi xunta administrasiyasına qarşı fəaliyyət göstərir.
Fatima Mustafayeva
