Məzar Gətirmək Yox, Sərdabə Tikmək Zamanıdır
İmaməddin Nəsimi Hələbdə dəfn olunduğu yerdə tək deyil, ailə məzarlığındadır. Azərbaycan türklərinin etnik, milli coğrafiyası indiki siyasi coğrafiyasından qat-qat böyükdür. Böyüyən, güclənən Azərbaycana və azərbaycanlılara bundan sonra milli coğrafiyamız kontekstində nəzər salmalıyıq. Kiçik sərhədlərə qapandığımız dövrə nöqtə qoymalıyıq. Nəsimi 1937-ci ilin repressiya qurbanları kimi orda sürgündə yaşamayıb. Hələb türkmənlərin doğma yurdudur. Ona görə nəinki Nəsiminin məzarını ölkəmizə gətirmək, əksinə orada böyük bir sərdabə tikmək və Suriya dövləti ilə müqavilə bağlayaraq həmin ərazini rəsmi icarəyə götürmək faydalı olardı. Həmin ərazidə Azərbaycan Mədəniyyət Mərkəzi inşa etməyimiz həm də qədim tariximizə, zəngin mədəniyyətimizə, yüzminlərlə soydaşımıza sahib çıxmağımız deməkdir.
Mövzu ilə əlaqədar Elməddin Behbud “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Suriya münasibətləri Əsəd dövründə artıq Suriya ilə bizim münasibətlərimiz yenidən inşa olunur:
“Hər şey yenidən qurulur və hazırkı geosiyasi nizamda da bizim Bəşər Əsədin dövründəki kimi Suriya ilə münasibətlərimizin kəsiləcəyi gözlənilmir. Bir də biz bunu imperativ formada Suriyadan tələb etmirik ki, bizim münasibətlərimizə hansısa -1 çalar gəlsin. Biz sadəcə istəyimizi ifadə etməliyik. Necə olur ki, farslar gəlir. Bu və ya digər şəkildə fars mədəniyyətinə, tarixinə aidiyyatı olmayan, sırf Azərbaycan türklərinin inşa etdiyi onların yaşadığı yaşayış məntəqəsindəki Göy məscidi ermənilərdən icarəyə götürür orda mədəniyyət mərkəzi açır. Ancaq biz tarixən türkmən yurdu, türk yurdu olan, hələ də böyük dahi Azərbaycan ədibi İmaməddin Nəsiminin yaşadığı ərazidə onun qəbirüstü abidəsi sərdabəsini inşa eliyə bilmirik. Yaxud biz orda mədəniyyət mərkəzi tikmək təşəbbüsü ilə ən azı çıxış edə bilmirik. Bu necə baş verə bilir?
Burda nə var ki, xarici soydaşlarımızın milli kimliyinin qorunması yolu çoxdur”.
Asiman Vəliyeva
