00:00:00
Yazar
Admin User
01.12.2025 18:43 110 1 dəq oxuma
İqtisadiyyat

“Ən böyük çətinliklər isə maliyyə və bank sektorunda yaranıb”

“Ən böyük çətinliklər isə maliyyə və bank sektorunda yaranıb”

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh planının qəbul edilməsi gələcək qarşıdurmalar üçün “təhlükəsizlik zəmanəti” rolunu oynaya və ABŞ, Rusiya və Ukraynanı ticarət tərəfdaşlarına çevirə bilər.

 

Mövzu ilə bağlı iqtisadçı Ruslan Atakişiyev “İnformator.az” a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin bu mərhələdə həll olunması Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır:

 

“Bu münaqişəyə görə Rusiya hazırda dünyanın bir çox ölkələrindən sanksiyalara məruz qalır. Bu sanksiyalar Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə olan iqtisadi əlaqələrinə mənfi təsir göstərir. Azərbaycanın bir çox istehsal və sənaye sahələri var ki, onların xammalı və avadanlıqları əsasən Rusiya və Ukraynadan gətirilir. Bu səbəbdən həmin məhsulların tədarükündə çətinliklər yaranıb. Azərbaycan bəzi məhsulları üçüncü ölkələr vasitəsilə əldə etməyə çalışsa da, sanksiyalar bu prosesləri xeyli çətinləşdirir. Ən böyük çətinliklər isə maliyyə və bank sektorunda yaranıb. Pul köçürmələri, ödənişlər və beynəlxalq hesablaşmalar sanksiyalara görə məhdudlaşıb və bu əməliyyatlar artıq əvvəlki kimi rahat həyata keçirilmir. Bütün bunları nəzərə alsaq, Rusiya–Ukrayna arasında sülh müqaviləsinin bağlanması Azərbaycanın iqtisadi təhlükəsizliyi, iqtisadi sabitliyi və xarici iqtisadi əlaqələrinin bərpası baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir”.


Fidan Alışova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər