00:00:00
Yazar
Admin User
01.06.2025 18:18 201 1 dəq oxuma
Maraqlı

Ən keyfiyyətsiz yağların adları açıqlanıb

Ən keyfiyyətsiz yağların adları açıqlanıb

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi məşhur günəbaxan yağı markalarında ciddi keyfiyyət pozuntuları müəyyən edilib.

 

"İnformator.az" News24.az-a istinadla xəbər verir ki, “Solntse Moe”, “Kuban” və digər istehsalçıların yağlarında yüksək peroksid göstəriciləri qeydə alınıb ki, bu da məhsulun vaxtından əvvəl xarab olmasının göstəricisidir.

 

Bundan başqa, “Kuban” və “GREEN RAY” markalarında yağ turşuları tərkibində normadan kənara çıxmalar aşkar edilib. Bu isə ya təbii xammaldan istifadə edilmədiyini, ya da texnoloji qaydalara əməl olunmadığını göstərir.

 

Mütəxəssislər istehlakçılara yalnız etiketə deyil, eyni zamanda müstəqil test nəticələrinə də diqqət yetirməyi tövsiyə edirlər. Çünki sadə bir şüşə yağ belə xoşagəlməz “sürprizlər” gizlədə bilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər