Nüsrət Kəsəmənlinin xanımı hər kəsi təsirləndirib
Mərhum şair Nüsrət Kəsəmənlinin Ağstafada 80 illik yubileyinə həsr edilən tədbir keçirilib.
"İnformator.az" "Kult.az"a istinadən xəbər verir ki, tədbirdə şairin ailə üzvləri, yaxın dostları, tanınan incəsənət xadimləri iştirak ediblər.
Şairin xanımı Rahilə Kəsəmənlinin çıxışı isə tədbir iştirakçılarını təsirləndirib.
"Küsəyənəm, amma Nüsrətdən heç küsmədim, küsməyi bacarmadım. Təki salamat olaydı, sağ olaydı, gözüm yenə pəncərədə, qapıda qalaydı, boynu bükük bənövşə kimi duraydım, amma Nüsrət gec də olsa, gələydi".
