00:00:00
Yazar
Admin User
03.10.2025 11:01 135 1 dəq oxuma
Maraqlı

NASA 50 ildən sonra ilk dəfə astronavtları Ay ətrafına göndərməyi planlaşdırır

NASA 50 ildən sonra ilk dəfə astronavtları Ay ətrafına göndərməyi planlaşdırır

Missiyanın 2026-cı ilin fevralında başlaması nəzərdə tutulur.


Mövzu ilə bağlı astroloq filoloq Firudin Qurbansoy “İnformator.az”a açıqlamasında bildirib ki, Aya insanlar həmdə yerdəki məsafələr nəzarət etmək, məntəqə qurmaq üçün uçurlar:


“Məsələn süni peyklər əsasən də son zamanlar yeni istehsal olunan bəzi texnikalar funksional hərəkətdədirlər. İnsanın Aya uçmağı və geri qayıtmağı məsələsi də problemlidir. Geri qayıtmaq üçün xüsusi kosmonavtik qurğular lazımdır ki, o qurğular da hələki yoxdur.


Burada tutaq ki, aya uçmaq üçün xüsusi qurğular var. Bu qurğular neçə ton kükürd yandırır, kosmik aparatı göyün qatlarına qaldırır, lazım olan məntəqəyə çatdırır. Lakin Ayda geri qayıtmaq üçün qurğular yoxdur. Həmçinin Ayda yaşamaq məsələsi də absurddur. Düşünmürəm ki, 2026-cı il də Aya səfər olsun. Burada insanların yaşaması üçün şərait yarada bilsinlər. Bu mümkün deyil. Həmçinin Ayda olan kosmik şüalanma insan ömrünü qısaldır".

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər