NATO-nun baş katibi Kiyevə gedib
NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə gəlib.
İNFORMATOR.AZ "Kiyev İndependent"ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu gün Kiyevə gəlib. Onun səfəri əvvəlcədən elan edilməyib.
Ukrayna Şimali Atlantika Alyansına qoşulmağa ümid edir, lakin NATO müttəfiqləri hazırda Kiyevin perspektivləri ilə bağlı fikir ayrılığına malikdir.
Xüsusilə, Financial Times yazıb ki, Vaşinqton müharibə zamanı Kiyevin alyansla əlaqələrinin dərinləşməsinin Putinin Rusiya ilə NATO arasındakı döyüşlə bağlı povestinə təsir göstərə biləcəyindən və münaqişənin, o cümlədən nüvə silahının potensial yerləşdirilməsinə gətirib çıxara biləcəyindən narahatdır.
Ukrayna prezidenti Vladimir Zelenski fevral ayında alyansın sammitinə dəvət olunmuşdu. O, xəbərdarlıq edib ki, sammitə ancaq Ukraynanın NATO-ya üzvlüyü istiqamətində real addımlar atacağını, məsələn, müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinin verilməsi və ya alyansla daha sıx əməkdaşlıq edəcəyini görəcək.
Fatimə
