NATO-nun Baş katibi: Türkiyənin etdiklərindən çox şey öyrənə bilərik
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Türkiyə müdafiə sənayesində inqilab yaşayır. O qeyd edib: “Türkiyənin müdafiə sənayesində gördüyü işlərdən çox şey öyrənə bilərik”.
Rutte müdafiə sənayesində istehsalın sürətləndirilməsinin və eyni zamanda innovasiyanın təşviq edilməsinin vacibliyini vurğulayaraq deyib ki, bu məsələ NATO üçün əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, iyul ayında Ankarada keçiriləcək NATO zirvəsində də bu mövzu əsas gündəm maddələrindən olacaq.
Baş katib təhlükəsizlik üçün güclü müdafiə sistemlərinə ehtiyac olduğunu da qeyd edib.
TRT Haber
Günel Əlili