00:00:00
Yazar
Admin User
11.06.2025 15:27 134 1 dəq oxuma
Dünya

NATO sammitində Ukraynaya üzvlük vədi verilməyəcək

NATO sammitində Ukraynaya üzvlük vədi verilməyəcək

NATO-nun qarşıdan gələn sammitinin yekun sənədində Ukraynanın gələcəkdə Alyansa üzv qəbul olunmasına dair konkret öhdəlik yer almayacaq. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

 

Sammitin yekun sənədinin layihəsində Ukraynanın NATO-ya qoşulması perspektivinə dair heç bir müddəa nəzərdə tutulmayıb. Halbuki əvvəlki sammitlərin yekun qərarlarında Ukraynanın Alyansa üzvlüyü “qaçılmaz” adlandırılıb.

 

Sənəddə, həmçinin Ukraynaya 40 milyard dollar məbləğində hərbi yardım göstərilməsinə dair öhdəlik də əksini tapmayıb. Bu yardım qərarı ötən il keçirilən sammitin nəticələrinə əsasən qəbul olunub.

 

Hazırkı kommünike layihəsi əsasən müdafiə xərclərinə fokuslanır və ötən ilki, 5 min sözdən ibarət olan və Ukraynaya uzunmüddətli təhlükəsizlik yardımı vəd edən yekun bəyanatdan kəskin şəkildə fərqlənir.

 

Yekun sənədlə yanaşı, sammitin formatı da xeyli qısa olacaq. Yalnız Hollandiya kralı ilə şam yeməyi və müdafiə xərclərinə həsr olunan bir iş sessiyası nəzərdə tutulub.

 

NATO bu formatla ABŞ prezidenti Donald Tramp və digər müttəfiqlər arasında baş verə biləcək ictimai mübahisələrdən yayınmağa çalışır.

 

Mənbə: Caliber

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər