00:00:00
Yazar
Admin User
08.12.2025 18:01 93 2 dəq oxuma
İqtisadiyyat

“Naxçıvanda iqtisadi layihələrin həyata keçirildiyini müşahidə edirik”

“Naxçıvanda iqtisadi layihələrin həyata keçirildiyini müşahidə edirik”

Dövlət Gömrük Komitəsinin rəsmisinə görə, Azərbaycan son illərdə nəqliyyat və tranzit marşrutlarını genişləndirərək regionda yeni logistika modelinin formalaşmasına öncülük edir. Bu strategiya ölkənin tranzit imkanlarını artırmaqla yanaşı, ticarət axınlarını gücləndirir, iqtisadi şaxələnməyə dəstək verir, həm yerli, həm də xarici investorlar üçün əlavə imkanlar yaradır və regionun ümumi iqtisadi inkişafına mühüm töhfələr verir.


Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Naxçıvanda son dövrlərdə bir çox infrastruktur və iqtisadi layihələrin həyata keçirildiyini müşahidə edirik:

 

“Hökumət vasitəsilə müxtəlif sahələrdə ardıcıl islahatlar aparılır, xüsusilə kadr islahatları diqqət çəkir və bununla yanaşı, regionun inkişaf perspektivini gücləndirir. Zəngəzur dəhlizinin Naxçıvan ərazisindən keçməsi isə yalnız nəqliyyat baxımından deyil, həm də iqtisadi və strateji baxımdan bölgənin dayanıqlılığını artırmağa xidmət edir. Artıq Naxçıvan ərazisində dəmir yolunun tikintisinə başlanıb. Bu layihə işsizliyin azalmasına və iqtisadi fəallığın artmasına mühüm töhfə verəcək. İnfrastruktur layihələrinin icrası ilə yanaşı, yeni iş yerlərinin açılması, xidmət sahələrinin genişlənməsi, müəyyən sahələrə güzəştlərin verilməsi investorları cəlb etməyə kömək edəcək. Bu addımlar regionun iqtisadi inkişafına birbaşa təsir göstərir və həmçinin yerli əhalinin məşğulluq imkanlarını artırır. Əsas diqqət yetirdiyim sahə isə yeni nəqliyyat dəhlizləridir. Bu dəhlizlər ölkənin tranzit imkanlarını xeyli artırır, ticarət axınlarını sürətləndirir və iqtisadi fəallığın genişlənməsinə xidmət edir. Bununla yanaşı, dövlət proqramları çərçivəsində Naxçıvanın mövcud potensial sahələri də daha səmərəli şəkildə inkişaf etdirilə bilər. Məsələn, təbii ehtiyatlara əsaslanan istehsalat sahələri üçün klasterlərin yaradılması və azad iqtisadi zonaların təşkili iqtisadi fəallığı artıracaq və regiona əlavə dəyər qatacaq. Bu sahələr həm maliyyə bazarının, həm də tibbi xidmətlərin inkişafına töhfə verə bilər, eyni zamanda uzunmüddətli dayanıqlılığı təmin edəcək”.

 

Həmçinin ekspert qeyd edir ki, tibbi sığortanın tətbiqi uzunmüddətli perspektivdə dövlət büdcəsinin yükünü azaltmaqla xidmətlərin keyfiyyətini artırır:

 

“Bu institutun formalaşması həm tibbi xidmət sahəsinə, həm də maliyyə bazarına müsbət təsir göstərir. Naxçıvanın iqtisadi canlanması nəticəsində əmək bazarında da müsbət dəyişikliklər müşahidə olunacaq. Bu isə öz növbəsində digər sahələrin inkişafına da stimul yaradır. Məsələn, xidmət sahələrinin genişlənməsi, ixtisaslı kadrlara tələbin artması və yeni biznes imkanlarının yaranması bölgənin iqtisadi dinamikasını daha da gücləndirir. Ümumilikdə, infrastruktur, iqtisadi və sosial sahələr üzrə aparılan tədbirlər bir-birini tamamlayır. Bu tədbirlər həm yerli iqtisadiyyatın şaxələnməsinə, həm də regionda ticarət, logistika və sosial xidmətlərin inkişafına xidmət edir. Beləliklə, Naxçıvanın uzunmüddətli dayanıqlılığı təmin olunur, regionun məşğulluq imkanları artır, maliyyə və sosial sahələrdə dayanıqlı sistemlər formalaşır. Həmçinin, bu təşəbbüslər həm dövlətin, həm də əhalinin gələcək perspektivlərinə böyük töhfə verir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər