00:00:00
Yazar
Lalə Qafarova
09.04.2026 21:16 20 2 dəq oxuma
Dünya

Nazir Fidan: Atəşkəsi məmnuniyyətlə qarşılayırıq

Nazir Fidan: Atəşkəsi məmnuniyyətlə qarşılayırıq

Xarici İşlər naziri Hakan Fidan bildirib ki, “xüsusilə dünya ictimaiyyətinin İsrailin mümkün sabotaj addımlarına qarşı hazır olması və lazımi reaksiyanı verə bilməsi vacibdir”.

 


Fidan qeyd edib ki, baş verən böhranlardan lazımi dərslər çıxarılmalı və İsrailin danışıqlar prosesini pozmağa yönəlmiş məlum addımlarına qarşı sağlam düşüncə ilə hərəkət etmək zəruridir. O deyib:

“Xüsusilə dünya ictimaiyyətinin İsrailin mümkün sabotaj addımlarına qarşı hazır olması və lazımi reaksiyanı verə bilməsi vacibdir. Bundan əlavə, İran ilə Körfəz ölkələri arasındakı münasibətlərin daha möhkəm əsaslara söykənərək normallaşması da daxil olmaqla, bölgədə yeni təhlükəsizlik və sülh sisteminin qurulmasını ümid edirik. Türkiyə olaraq bu prosesdə aktiv rol oynamağa və hər cür töhfə verməyə hazır olduğumuzu bir daha vurğulayırıq”.


Fidan həmçinin bildirib ki, “İsrail Qəzzadakı soyqırımını indi Livana daşıyır” və əlavə edib ki, bölgədə atəşkəs elan olunmasına baxmayaraq, Livanda uşaqlar və mülki şəxslər daxil olmaqla davam edən hücumlar yüzlərlə insanın həyatına son qoyub və vəziyyəti daha da ağır humanitar böhrana sürükləyib.

 

O vurğulayıb ki, İsrailin Livandakı işğalının dayandırılması və mülki əhalinin qorunması təxirəsalınmaz prioritetdir:

“Bütün regionumuzun sabitliyi və qlobal təhlükəsizlik baxımından mühüm olan bir məsələni bir daha qeyd etmək istəyirəm. (İsrail Baş naziri) Binyamin Netanyahu hökumətinin bölgədəki atəşkəsi və böyük səylərlə qurulan danışıqlar prosesini yenidən pozmasına qətiyyən icazə verilməməlidir”.

Fidan, ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəs çərçivəsində açıqlanan planlarda regional təhlükəsizlik kimi çətin mövzuların da yer aldığını bildirib və əlavə edib:

“İki həftə kifayət etməyə bilər. Əgər tərəflər razılaşarsa, atəşkəs bir müddət daha uzadıla bilər və danışıqlar davam edə bilər. Bizim arzumuz və səylərimiz də bu istiqamətdədir - bu danışıqların xoş niyyətlə başlayıb nəticə verməsi. Dünya buna ehtiyac duyur, region buna ehtiyac duyur. Həm İran, həm də Amerika bunu edə biləcək gücdədir, region ölkələri də hər cür konstruktiv töhfə verməyə hazırdır”.

 

TRT HABER 
Reyhan Quliyeva

#məmnuniyyətlə #azərbaycan #nazir #qarşılayırıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər