00:00:00
Yazar
Elmira Ağayeva
04.05.2026 16:08 22 2 dəq oxuma
Sosial

Nazir müavini: “ Təhsildə rəqəmsallaşma sürətlənir, süni intellekt tətbiqləri genişlənəcək”

Nazir müavini: “ Təhsildə rəqəmsallaşma sürətlənir, süni intellekt tətbiqləri genişlənəcək”

Azərbaycanda təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində işlər sürətlə davam edir. Bunu nazir müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, artıq məktəblərin 63%-i, şagirdlərin isə 80%-dən çoxu genişzolaqlı internetlə təmin olunub. Eyni zamanda, Elm və Təhsil Nazirliyində süni intellekt əsaslı analitik sistemlərin tətbiqi planlaşdırılır. Məqsəd isə gələcəkdə hər şagirdin fərdi kompüterlə təmin edilməsidir.

 

 

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində təhsil eksperti Elçin Əfəndi bildirib ki, məsələyə qlobal baxdıqda dünyanın əksər ölkələrində təhsil prosesinin rəqəmsallaşdırılmasına keçid artıq baş verib:

 

“Ölkədə təhsil prosesinin inkişaf etdirilməsi üçün müəyyən addımlar atılsa da, inkişaf etmiş ölkələrdə, xüsusilə süni zəka əsaslı təhsil sistemlərinin tətbiqi daha geniş və sistemli şəkildə həyata keçirilir. Orada bu proses artıq ümumi tədris mühitinə tam uyğunlaşdırılıb və aktiv şəkildə istifadə olunur. Təbii ki, bizim ölkəmizdə də bu istiqamətdə mühüm işlər görülür. Məsələn, bu yaxınlarda Azərbaycan Prezidentinin tapşırığı əsasında süni zəka mərkəzi yaradılıb. Eyni zamanda, təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir, bu sahədə müxtəlif tədbirlər həyata keçirilir və inkişaf istiqamətində addımlar atılır. Bütün bunlar onu göstərir ki, müasir tədris prosesinə uyğunlaşmaq üçün biz bu sahəni düzgün idarə etməli, yenilikləri tətbiq etməli və inkişafı davam etdirməliyik. Bu yeniliklərdən həm şagirdlər, həm müəllimlər, həm də məktəb rəhbərliyi səmərəli şəkildə istifadə etməlidir”.

 

Ədilə Hüseynzadə

#gündəm #genişlənəcək” #sürətlənir # #intellekt
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər