Nazir: "Süni intellektin inkişafı əmək bazarının strukturunu yenidən formalaşdırır”
Əmək bazarının sürətlə dəyişdiyi bir dövrdə süni intellektin rolu getdikcə daha da güclənir. “Gələcəyə tərəf” devizi ilə keçirilən Gələcəyin Peşələri Sammiti bu dəyişimin mahiyyətini müzakirə etmək, yeni kadr tələblərini müəyyənləşdirmək və bilik iqtisadiyyatını inkişaf etdirmək baxımından mühüm platformaya çevrilib. Tədbirdə çıxış edən nazir bildirib ki, süni intellektin inkişafı əmək bazarının strukturunu yenidən formalaşdırır və ölkənin insan kapitalının gücləndirilməsi üçün strateji yanaşma tələb edir.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində marketinq və süni intellekt alətləri istifadəsi üzrə təlimçi Abdulla Abdullayev bildirib ki , süni intellekt təkcə texnoloji sahələri deyil, bütün iqtisadiyyatın strukturunu dəyişdirir:
“Ən böyük təsiri isə bu istiqamətlərdə olacağını düşünürəm:
fintek, loqistika, e-ticarət bankçılıq, ödəniş sistemləri, e-ticarət, logistika kimi sahələrdə AI artıq müştəri dəstəyi, risk analizi, fırıldaqçılıq aşkarlanması, satışın optimallaşdırılması kimi proseslərin böyük hissəsini avtomatlaşdıra bilir. Kontent istehsalı, hədəfləmə, analitika, kampaniya optimallaşdırması artıq AI dəstəkli platformalarla aparılır. Bu isə marketinqdə klassik icraçı rolları azaldır, daha çox strateji düşüncə tələb edən və AI alətləri ilə işləmək bacarığı olan mütəxəssislərə ehtiyacı artırır. Rutin hesabatlar, yazışmalar, planlama, sənəd dövriyyəsi AI tərəfindən avtomatlaşdırıla bilir. Bu işlərdə çalışanların rolu daha çox nəzarət, koordinasiya və qərarverməyə yönəlir.Bu gün qlobal əmək bazarında prioritet olan istiqamətlər artıq Azərbaycanda da aktuallaşıb.
Məncə ən kritik istiqamətlər bunlardır:
AI ilə işləmə bacarığı olan peşələr. Data analitikləri, AI mütəxəssisləri, avtomatlaşdırma menecerləri, AI əsaslı məhsul menecerləri yaxın illərin ən çox tələb olunan peşələri olacaq.
Fintech və rəqəmsal maliyyə ekosistemi. Ödəniş sistemləri, mikromaliyyə, rəqəmsal kreditləşmə və təhlükəsizlik sahələri AI ilə birlikdə sürətlə genişlənir. Bu da yeni peşələr yaradır, məsələn risk modelləşdirmə mütəxəssisi, AI əsaslı məhsul analitiki və s.Bu gün qlobal əmək bazarında prioritet olan istiqamətlər artıq Azərbaycanda da aktuallaşıb. Ümumilikdə prioritet yalnız bir sahə seçmək deyil, AI-ı hər bir sahədə istifadə edə bilən peşəkarlar yetişdirməkdir.
Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yaxın illərdə gənclər üçün üç növ bacarıq kritik rol oynayacaq: texniki, analitik.
Texniki bacarıqlar: AI alətlərindən peşəkar istifadə, data oxuma və data ilə işləmə vərdişləri, rəqəmsal savadlılıq No-code və low-code vasitələrlə sadə məhsullar qura bilmək. Bu bacarıqlar artıq mütəxəssis üçün əlavə üstünlük deyil, baza tələbi olur.
Analitik bacarıqlar: Problemləri doğru formalaşdırmaq, çevik qərarvermə, biznes təfəkkürü və iqtisadi məntiq
Davranış bacarıqları: Adaptasiya sürəti, Yaradıcılıq, yeni alətləri tez öyrənmək, strateji düşünmə bacarığı”.
Ədilə Hüseynzadə
