00:00:00
Yazar
Admin User
02.04.2015 05:59 832 1 dəq oxuma
İqtisadiyyat

Neft bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti bahalaşıb.
Neft bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti bahalaşıb. 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 1‚51 dollar, və ya 2‚65% artıb. 

Hazırda neftin bir barelinin qiyməti 58‚47 dollara çatıb. Dünya birjalarında digər neft markalarının da qiymətində artım müşahidə edilib. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.40 dollar ucuzlaşaraq 49,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.32 dollar azalaraq 56.78 dollar təşkil edib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər