00:00:00
Yazar
Admin User
08.09.2025 13:55 121 2 dəq oxuma
İqtisadiyyat

Neft qiymətlərində dalğalanma

Neft qiymətlərində dalğalanma

OPEC+ ölkələri oktyabr ayından gündəlik neft hasilatını 137 min barrel artırmaq qərarına gəlib. Bu addım əvvəlki aylarla müqayisədə daha ehtiyatlı artım kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “İnformator.az”a bildirib ki, OPEC+ formatı çərçivəsində qəbul edilən qərarının qlobal enerji bazarlarında ciddi təsiri olmayacaq:

 

“Bazarlar bu gözləntini əvvəlcədən qiymətləndirib. OPEC’in müvafiq strategiyası ilin əvvəlindən etibarən təstiqlənib. Aprel ayından başlayaraq hasilatı artırmaq istiqamətində addımlar atılır. Hətta ötən 2 ayda orta hesabnan aylıq 550.000 və 410.000 baryel günlük istehsalda artımlar qeydə alınıb. Bu ay üzrə təxminən 100 milyon baryel günlük tələbat olunan bazarda ciddi bir təsir ilə nəticələnəcəyi gözlənilmir. Bazarlarda bu istiqamətdə artıq həftənin ilk günündə öz reaksiyasını göstərdi. Qiymətlərdə müəyyən artım müşahidə olundu. Hansıki ötən həftə bazar bağlananda neft qiyməti ABŞ-də ucuzlaşmaq istiqamətində dinamika nümayiş etdirirdi. Ancaq o peking qərardan sonra həftənin ilk günündən funksiyaların sərtləşməyinin nəticəsində qiymətlərin qalxmasına gətirib çıxartdı. OPEC’ in bu qərarının ciddi dinamika yaratma gözləntiləri aşağıdır və kəskin dəyişiklik baş verməyəcəkdir. Neft hasilatının azaldılıb, artırılması ilə bağlı qərara əsasən neftin bahalaşıb və ya əksinə ucuzlaşmasına gətirib çıxardır. Bahalaşmanın baş verəcəyi təqdirdə alıcılıq düşəcək, infliyasiyanın qalxmağına gətirib çıxardacaq. Bu vəziyyətdən hasilatsız ölkələr müəyyən mənfəətlər əldə edir. İdxal edilən mallar bahalaşdığı üçün dövlət olaraq qazanıb, icma olaraq ciddi itkilərlə üzləşirlər. Neftin ucuzlaşması ilə bağlı qərara əsasən nisbətən bu istiqamətdə pozitiv təsirləri ilə müşahidə olunur. Bu isə bazara daha əlverişli şərtlərlə məhsulun çıxarılması və s. müsbət halların baş verməyinə səbəb olur. Bu proses neft hasilatçısı ölkələrdə bu vəya digər şəkillərdə gəlirlərin azalmasına səbəb ola bilir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər