00:00:00
Yazar
Admin User
08.09.2025 14:56 198 2 dəq oxuma
İqtisadiyyat

Neft qiymətlərinin dəyişmə səbəbi nədir?

Neft qiymətlərinin dəyişmə səbəbi nədir?

Neft qiymətləri artıb. Rusiya xam neftinə qarşı daha çox sanksiyaların tətbiqi neft qiymətlərinin artmasına səbəb olub. “Brent” markalı neftin fyuçersləri 80 sent və ya 1,2% bahalaşaraq 66,30 dollara çatıb. “WTI” neftinin dəyəri isə 75 sent və ya 1,2% artaraq 62,62 ABŞ dollar olub.

 

Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar dünya bazarına çıxarılan xam neftin həcmini məhdudlaşdırır:


“Rusiya gündəlik təxminən 9–10 milyon barel neft hasil edir və bunun 4–5 milyon bareli ixrac olunur. Bu həcmlərə məhdudiyyətlərin qoyulması bazarda təklifin azalmasına gətirib çıxarır. Təklif azalanda, xüsusilə də gündəlik istehlakın 100 milyon barel civarında olduğu şəraitdə, qiymətlərin yüksəlməsi qaçılmaz olur. Məsələn, sanksiyaların fonunda “Brent” nefti 1,2% bahalaşaraq 66,30 dollara, “WTI” isə eyni nisbətdə artaraq 62,62 dollara çatıb. Yəni sanksiyaların davamı qlobal bazarda orta və uzunmüddətli perspektivdə neft qiymətlərini daha da artıran amil kimi çıxış edə bilər. Azərbaycan gündəlik təxminən 0,5–0,6 milyon barel xam neft ixrac edir. Neftin qiyməti orta hesabla 1 dollar/barel artarsa, bu, ölkəyə gündəlik 0,5–0,6 milyon dollar, illik isə təxminən 180–220 milyon dollar əlavə gəlir gətirir. Hazırda qiymətlərin 0,75–0,80 ABŞ dollar artması isə illik 140–170 milyon dollar civarında əlavə gəlir imkanı yaradır. Bu, Dövlət Neft Fondu və dövlət büdcəsinə əlavə vəsait axını təmin edir, xarici ticarət balansını yaxşılaşdırır, valyuta ehtiyatlarını artırır. Eyni zamanda, neft qiymətlərinin yüksəlməsi iqtisadi sabitliyə dəstək verir”.

 

Ekspert qeyd edib ki, Azərbaycan beynəlxalq bazarda əsasən “Azeri Light” markalı nefti satır:



“Bu neft yüksək keyfiyyətli, yüngül və aşağı kükürdlü olduğu üçün adətən “Brent” markasından 1–2 ABŞ dollar daha yüksək qiymətə satılır. Məsələn, “Brent” 66,3 ABŞ dolları səviyyəsindədirsə, “Azeri Light” təxminən 67,5–68 ABŞdollar arasında qiymətə malik olur. “Azeri Light”ın qiymətinin yüksəlməsi Azərbaycanın ixrac mövqeyini gücləndirir, çünki Avropa bazarları keyfiyyətli və aşağı kükürdlü neftə üstünlük verir. Nəticədə Brent və WTI-dəki qiymət artımı Azərbaycanın ixrac etdiyi neftin dəyərinə daha yüksək şəkildə təsir edərək ölkəyə əlavə gəlir gətirir. Neftin bahalaşması inflyasiya riskini gücləndirə bilər. Əsas səbəb ondan ibarətdir ki, xam neftin və neft məhsullarının qiymət artımı daxili yanacaq və logistik xərclərə təsir göstərir. Nəticədə daşınma, istehsal və kənd təsərrüfatı məhsullarının maya dəyəri yüksələ bilər. Azərbaycanda yanacaq qiymətləri dövlətdən tənzimləndiyi üçün qısamüddətli dövrdə təsir məhdud ola bilər, lakin uzunmüddətli perspektivdə idxal olunan malların qiymətində artım baş verə bilər. Məsələn, beynəlxalq bazarda 10% qiymət artımı daxili inflyasiyaya 1–2% əlavə təzyiq göstərə bilər. Buna görə də qiymətlərin davamlı yüksəlişi daxili bazarda ərzaq və xidmətlərin bahalaşma riskini artırır”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər