00:00:00
Yazar
Admin User
27.03.2015 06:37 921 1 dəq oxuma
İqtisadiyyat

Neft ucuzlaşıb

Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb.
Neft ucuzlaşıb

Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb.

İnformatorun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,16 dollar ucuzlaşaraq 50,27 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiymətində də azalma müşahidə edilib. Brent markalı neftin 1 barelinin qiyməti isə 1,21 dollar azalaraq 57,98 dollar təşkil edib. 

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyata başlaması neft qiymətlərinə təsir edib. Hərbi əməliyyatlardan sonra dünya birjalarında neftin qiyməti sürətlə artmağa başlayıb. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər