00:00:00
Yazar
Zəri Bayramlı
29.05.2026 21:06 39 1 dəq oxuma
İqtisadiyyat

Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb

Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb

ABŞ-İran razılaşması fonunda "Brent" markalı neftin qiyməti 20 apreldən bəri ilk dəfə 93 dollardan aşağı düşüb. "Brent" markalı neftin qiyməti 1,79% azalaraq barel üçün 92,60 dollar olub.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, neft qiymətlərinin oynaması geosiyasi gərginliklə bağlıdır:

 

 

 "İlin əvvəlində - yanvarda biz büdcəni qəbul edəndə neftin qiyməti 65 dollar olun, indi isə 95 dollardır. Məsələn, 30 dollar daha bahadır. Təbii ki, neftin qiymətinə gündəlik baxmaq doğru deyil. Neftin qiyməti Azərbaycan kimi neft istehsal edən ölkələr üçün aylıq, rüblük, yarımillik və illik kontekstdə maraqlıdır.Hələlik görünən odur ki, ilin əvvəlindən artıq beş ay keçib və orta qiymət hardasa 95-96 dollardır. Yəni bu, kifayət qədər ciddi bir artımdır, çünki biz büdcədə qiyməti 65 dollar götürmüşdük. İlin sonuna qədər bu proyeksiyanı uzatsaq, təxminən ortalama qiymət yenə 85-90 dollar civarında olacaq ki, bu da Azərbaycan üçün böyük üstünlükdür.Azərbaycan neftdən çox asılıdır: büdcəmiz, ümumdaxili məhsulumuz və büdcəyə olan transfertlər birbaşa ondan asılı vəziyyətdədir. Bu asılılığı aradan qaldırmaq lazımdır. Amma bunu neftin qiymətinə görə yox, ümumilikdə Azərbaycanın iqtisadi modelinin dəyişdirilməsi naminə etmək lazımdır”.

 

 

Günel Əlili

#abş-i̇ran #azərbaycan #ucuzlaşıb #fonunda #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər