00:00:00
Yazar
Admin User
20.10.2025 14:46 180 2 dəq oxuma
Maraqlı

Neftin qiymətində eniş: Qlobal bazar üçün fürsət, Azərbaycan üçün dəyişməz reallıq

Neftin qiymətində eniş: Qlobal bazar üçün fürsət, Azərbaycan üçün dəyişməz reallıq

Son dövrlərdə neftin qiymətində müşahidə olunan azalma dünya iqtisadiyyatında inflyasiya təzyiqlərinin azalmasına səbəb olsa da, bu proses neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün mənfi nəticələr doğura bilər. Belə ki, neftin qiyməti qlobal səviyyədə düşsə də, ölkəmizdə yanacağın qiymətinin dəyişməsinə birbaşa təsir göstərmir. Çünki Azərbaycanda bu sahəni Tarif Şurası  tənzimlənir və qərarlar əsasən qiymət artımı istiqamətində verilir.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada iqtisadçı Xalid Kərimli bildirib ki,neftin qiymətində baş verən azalma qlobal iqtisadiyyata müsbət təsir göstərir:

 

"Çünki , inflyasiyanı azaldır. Amma neft ölkələri üçün təsiri mənfidir çünki gəlirləri aşağı düşür. Enerji bazarında satıcılar üçün təsiri mənfidir, amma alıcılar üçün müsbətdir. Təssüf ki,neftin qiymətinin aşağı düşməsi yanacaq qiymətinə təsir etməyəcək,çünki bizdə benzinin qiymətini tarix şurası tənzimləyir, şuranın qərarlarına baxsaq görərik ki,ancaq artım istiqamətində qərarlar verir. Düşsə də burda ancaq premium benzindən söhbət gedə bilər çünki premium benzini sokar tənzimləyir".

 

Həmçinin iqtisadçı bildirib ki,sabitlik haqqında atılan addımda Azərbaycanın heç bir rolu olmayacaq:

 

"Bu addımda Səudiyyə Ərəbistanı,Rusiya ,BƏƏ kimi böyük neft istehsalçıları rol oynaya bilər. Hazırda həmin ölkələrin planları hasilatı artırmaqdır. Fakt olaraq bundan sonrakı aylarda hasilatı artırmaq barədə qərarlar verəcəyi gözlənilir. Söhbət Səudiyyə Ərəbistanı və Rusiya kimi böyük neft istehsalçılarının bazar payını qorumaq üçün istehsalı artırmağa fokuslanan strategiyalarına keçir. Bu yanaşma, ABŞ, Braziliya və Kanada kimi digər istehsalçıların satışlarını artırmasına cavab olaraq həyata keçirilir. İstehsalın azalması və ya əhəmiyyətli müsbət iqtisadi inkişaflar olmadığı təqdirdə neft qiymətləri yalnız artacaq".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər