00:00:00
Yazar
Admin User
29.10.2025 17:18 129 2 dəq oxuma
İqtisadiyyat

Neftin qiymətində ucuzlaşma müşahidə olunur

Neftin qiymətində ucuzlaşma müşahidə olunur

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,81 ABŞ dolları, yaxud 1,19 % azalaraq 67,03 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,86 ABŞ dolları və ya 1,3 % azalaraq 65,02 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilib. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji məsələləri üzrə mütəxəssis Ramiz Kəlbiyev bildirib ki, “Azeri Light” neftinin qiymətinin azalmasına bir çox amillər təsir edib:

 

“Dünyada dövri olaraq neftin qiyməti azalıb və artıb. Dünyada baş verən iqtisadi, siyasi və hərbi vəziyyət neftin qiymətinin artmasına və azalmasına təsir edə bilir. Qlobal və regional iqtisadi amillərdən onu demək olar ki, neft ixrac edən ölkələrin ehtiyat neft fondunun azalması və həmin ölkələrdə siyasi vəziyyətin dəyişməsi buna aiddir.

Son illər OPEC neftin qiymətinin nizamlanmasına çox da dərin təsir göstərə bilmir. Bu da OPEC dövlətlərinin bir-biri ilə münasibətlərinin kəskinləşməsi səbəbindən baş verib. Enerji bazarlarında tələb və təklif balansı da öz təsirini göstərib. Dünyada baş verən hərbi münaqişələrdə bilavasitə neft ölkələri iştirak etdikdə, neft ixracatı azalır və bu da neftin qiymətinin artmasına səbəb olub".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər