“Neftin ucuzlaşması OPEC+ qərarlarına təsir etməyəcək”
Ukrayna müharibəsini dayandırmaq üçün danışıqların nəticəsiz qalması ilə əlaqədar neft qiymətləri azalıb.“Brent” markalı neftin fyuçersləri 27 sent və ya 0,4% ucuzlaşaraq bir barel üçün 63,10 dollar olub. “WTI” nefti isə 23 sent və ya 0,4% azalaraq 58,61 dollar olub.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, qiymətlərin bu faizdə ucuzlaşması yəni “OPEC+”un qərarlarına təsir göstərməyəcək:
“Çünki onsuzda 0,4 % çox əhəmiyyətli qiymət enişi deyil. İndiki formalaşan qiymətin intervalı da “OPEC+”un dözə biləcəyi qiymət intervalıdır. Onlar istəyir ki, qiymət artıq olsun. Amma nüans ondan ibarətdir ki, bazardakı qiymətlər təkcə “OPEC+”dan asılı deyil. Bazarın 50 faizini OPEC+ tənzimləyir. Yerdə qalan 50 faizi “OPEC+”a aid olan ölkələr deyil. Ümumiyyətlə bazarın təqribən 35 faizi “OPEC+”un ixtiyarındadır. OPEC+ isə təqribən 50 faizə tənzimləyir. Amma yerdə qalan 50 faizi Amerika, Braziliya, Kanadadır. Yəni digər “OPEC+”a daxil olmayan ölkələrdir. OPEC+ azaltsa da, onlar müşahidə edirlər ki, azaldır, məhdud saxlayır əvvəzində bu ölkələr payını artırır. Amerika, rekord miqdarda neft hasil edir, neft satır. Yəni OPEC+ az istehsal etdikcə, Amerika, Kanada, Norveç onlar daha çox hasil edib, bazara çıxarırlar. “OPEC+”da hasilatı azlatmaq fikrini aradan qaldırır və tədricən hasilatı artırır. Qeyd olunan qiymət azalması da, “OPEC+”un qərarlarına təsir göstərməyəcək. Yəni, onlar planlarına uyğun olaraq, hasilatı artıracaqlar. Ümumiyyətlə, proqnozlar ondan ibarətdir ki, neftin gələn ilki qiymətləri 55-65 dollar arası olacaq”.
Nuray Əliyeva
