00:00:00
Yazar
Admin User
11.03.2015 07:22 637 1 dəq oxuma
Dünya

Nemtsovun qətli ilə bağlı həbs olunanlar ittihamları rədd edirlər

Rusiya müxalifətçisi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Zaur Dadayev hüquq müdafiəçilərinə deyib ki, özünü təqsirkar tanımır.
Nemtsovun qətli ilə bağlı həbs olunanlar ittihamları rədd edirlər

Rusiya müxalifətçisi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Zaur Dadayev hüquq müdafiəçilərinə deyib ki, özünü təqsirkar tanımır. Onun bədənində döyülmə izləri müəyyən edilib.

İctimai Nəzarət Komissiyasının (İNK) üzvləri “Lefortovo” istintaq təcridxanasında Nemtsovun qətlə yetirilməsi işi üzrə tutulub saxlananlarla söhbət edə biliblər.

Daha əvvəl istintaq nümayəndələri Zaur Dadayevin artıq cinayəti törətməkdə etiraf etdiyini bəyan etmişdilər, lakin hüquq müdafiəçilərinə o, müxalifətçini öldürmədiyini bildirib.

Həmçinin Dadayevin fevralın 28-nə kimi “Sever” batalyonun tərkibində olduğu aydın olub.

Bundan başqa, çərşənbə axşamı məlumat yayılmışdı ki, qatillərin Nemtsovu hələ ötən il payızdan güddükləri ehtimal olunur.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər