Netanyahu Hizbullahla gərginlik fonunda Beyrutun cənub ətraflarına zərbələr əmr edib
İsrailin baş naziri Benyamin Netanyahu Hizbullahla gərginliyin artması fonunda Beyrutun cənub ətraflarına zərbələr endirilməsi barədə göstəriş verib. O bildirib ki, bu addım Hizbullahın İsrail mülki əhalisinə qarşı raket və dron hücumlarına, həmçinin apreldə elan olunmuş, lakin döyüşləri dayandıra bilməyən atəşkəsin pozulmasına cavabdır. Qərardan sonra Beyrutun cənub məhəllələrində yaşayan minlərlə ailə mümkün hücumlardan ehtiyatlanaraq ərazini tərk etməyə başlayıb.
ABŞ tərəfləri eskalasiyanı azaltmağa çağırsa da, döyüşlər davam edir və İsrail ordusu Livanın cənubunda mövqelərini genişləndirir. Rəsmi məlumatlara görə, müharibə başlayandan bəri Livanda 3 mindən çox insan həlak olub, İsrail isə onlarla hərbçi və mülki şəxsin öldüyünü bildirir. Diplomatik səylərə baxmayaraq, bölgədə yaxın zamanda atəşkəsin əldə olunacağına dair ümidlər zəif olaraq qalır.
BBC News
Mələk Hüseynova