00:00:00
Yazar
Güllər Gülhüseynova
02.09.2026 22:10 47 1 dəq oxuma
İqtisadiyyat

Niderland qızıl ehtiyatlarının milyardlarla dollarlıq hissəsini Londona köçürüb

Niderland qızıl ehtiyatlarının milyardlarla dollarlıq hissəsini Londona köçürüb

Niderland Mərkəzi Bankı (DNB) artan geosiyasi gərginlik fonunda 86 ton qızıl ehtiyatını ABŞ və Kanadadan Londona köçürüb.

 

Bankın məlumatına görə, mart-avqust aylarında həyata keçirilən əməliyyat çərçivəsində 27 ton qızıl Nyu-York və Ottavadan Niderlanda aparılıb, daha sonra oxşar həcmdə qızıl Londona yerləşdirilib.

 

Qızılın İngiltərə Bankında saxlanılması böhran vəziyyətində onun daha asan alınıb-satılmasına imkan verəcək.

 

DNB rəhbəri Olaf Sleypen bildirib ki, bu addım bankın böhranlara hazırlığını və dayanıqlılığını gücləndirmək üçün zəruri olub.

 

Mərkəzi Bank qızılın köçürülməsinə səbəb kimi “artan geosiyasi narahatlığı” göstərib. Qızılın bir hissəsinin fiziki olaraq daşındığı, digər hissəsinin isə Nyu-Yorkda satılaraq Londonda yenidən alındığı açıqlanıb.

 

Güllər Gülhüseynova

#niderland #milyardlarla #ehtiyatlarının #dollarlıq #londona
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər