00:00:00
Yazar
Admin User
15.01.2026 15:57 72 1 dəq oxuma
Dünya

Niderlandın Utrext şəhərində güclü partlayış olub

Niderlandın Utrext şəhərində güclü partlayış olub

Niderlandın Utrext şəhərinin mərkəzində güclü partlayış baş verib, ardınca isə böyük yanğın başlayıb.

 

"İnformator.az" "RTL Utrecht" telekanalına istinadən xəbər verir ki, partlayışın episentrinə yaxın binaların pəncərələri sınıb. Bir neçə bina alova bürünüb. Hadisə yerinə bir neçə təcili yardım maşını və sanitar helikopter cəlb edilib.

 

Utrext yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib ki, partlayışın səbəbləri barədə hələlik məlumat yoxdur. Polis də insidentin təfərrüatının araşdırıldığını bəyan edib.

 

Ölən və ya yaralılar barədə hələlik məlumat daxil olmayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər