00:00:00
Yazar
Admin User
22.01.2026 19:26 94 3 dəq oxuma
Sosial

Nitq gecikmələri

Nitq gecikmələri

Nitq insanın cəmiyyətlə əlaqə qurmasının əsas vasitələrindən biridir. Uşaqlıq dövründə nitqin formalaşması həm intellektual, həm də sosial inkişaf üçün mühüm rol oynayır. Lakin bəzi uşaqlarda müxtəlif səbəblərdən nitqin yaşıdlarından geri qalması müşahidə olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Ezgi Şahin bildirib ki, nitq gecikməsi uşağın psixoloji inkişafında da geriliyə səbəb olur:

 

"Əgər uşaq danışmır, amma məlumat bazası var, bunu tətbiq edib danışa bilmirsə, yəni günlük həyatda istifadə edə bilmirsə, bir zaman sonra söz bazası itir, anlaması zəifləyir. Yaşıdlarına ayaq uydurmaqda çətinlik çəkir. Gec danışan uşaqlarda isə ünsiyyət bacarıqları gec formalaşır və ya heç formalaşmır. Buna görə də psixoloji dəstəyə ehtiyac yaranır. Psixoloqa müraciət edirlər ki, uşaqlar sosiallaşsın. Çox sosiallaşsalar belə, gec danışan uşaqlar digər uşaqlara nisbətən seçilir. Söz bazaları zəif olduğu üçün cümləni qarşı tərəfə bildirişləri zəif olur. Nitq gecikməsi olan uşaqlar əksər vaxtlarda istəklərini işarətlə bəlli edirlər. Məsələn, su istəyirlərsə, ananı suyun yanına aparırlar, fincanı anaya verirlər. Bu işarətlərlə valideynə ətraflı göstərirlər ki, mən bunu istəyirəm. Daha çox jest və mimikalardan istifadə edirlər. Amma belə uşaqlar çox əsəbi olurlar. Danışa bilmədikləri üçün gərginləşirlər. İstəklərini qarşı tərəfə başa sala bilmirlər."

 

Həmçinin mövzu ilə bağlı "İnformator.az"a danışan loqoped Nərmin Vəli Qızı bildirib ki, uşaqlarda nitq gecikməsinin ilk səbəbi olaraq ananın hamiləlik dövrünü araşdırırlar:

 

"Ananın hamiləlik dövrü necə keçdiyini, doğum zamanı uşağın beynində oksigen çatışmazlığı, doğuş travması olarsa, uşaqlarda nitq ləngiməsi ola bilər. Bir çox amillər var. İlk olaraq biz valideyinlərdən əmizdirməni nə zaman dayandırdığını soruşuruq. İkinci olaraq elektronika uşaqlara pis təsir edir. Üçüncü olaraq valideyinlərin uşaqlarla çox məşğul olmaması, dialoq qurmaması, uşağı tək buraxması nitq ləngiməsinə çox təsir edir. Nitq ləngiməsini biz o zaman aşkar edirik ki, artıq uşaq 1 yaşına gəlib, söz ehtiyatı yoxdursa, heç bir söz demirsə, özünü tanımırsa, bədən üzvlərini göstərə bilmirsə, artıq biz valideyinə nitq ləngiməsi olduğunu deyirik. Ekran asılılığı uşaqlara mənfi təsir göstərir. Təzə nitqini açmış uşağa ekran asılılığı 2 dilə meyil edir. 2 dilə meyil edirsə, artıq səs problemi yaranır, sözləri öz ana dilində deyə bilmir, cümlə qurmaq kimi problemlər yaranır. Biz valideyinlərə deyirik ki, uşaqları televizordan, telefondan uzaq tutaq. Çünki uşaqlar çox vaxt türk, ingilis dilli cizgi filmlərə meyil edirlər və qarışdırırlar. Ekran asılılığının bir növ mənfi təsiri odur ki, uşaq ünsiyyət qurmur, saatlarla ekrana baxır. Artıq dil aktivləşmir. Çox vaxt valideyinlər irəli sürürlər ki, ağlamaması üçün biz telefona veririk, televizor qarşısına qoyuruq. Bu düzgün deyil. Uşaqlarla göz kontaktı qurmalıyıq. İstədiyi bir şeyi barmağı ilə göstərməsinə razı olub, etməməliyik. 1 yaşından sonra uşaqlarda ləngimə hiss olunursa, valideyinlər mütəxəssisə müraciət etsinlər. Çünki tez müayinə ilə daha yaxşı olacaq".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər