00:00:00
Yazar
Bəsti Nəsibova
02.05.2026 14:38 30 1 dəq oxuma
Sosial

"Təhlükəsiz İnformasiya Məkanı” layihəsinə start verilib

"Təhlükəsiz İnformasiya Məkanı” layihəsinə start verilib

“İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2026-cı il tarixindən “Təhlükəsiz İnformasiya Məkanı” layihəsinin icrasına başlayıb.

Layihə gənc jurnalistlərin və tələbə ictimaiyyətinin media savadlılığının artırılması, dezinformasiyaya qarşı maarifləndirmənin gücləndirilməsi məqsədini daşıyır. Müasir dövrdə informasiya məkanında hibrid təhdidlərin, ideoloji təxribatların və yanlış məlumatların geniş yayılması fonunda gənc media nümayəndələrinin bu prosesləri düzgün tanıması və idarə etməsi xüsusi əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində Bakı şəhərində tələbə jurnalistlər üçün maarifləndirici təlimlər təşkil olunacaq, eyni zamanda sosial media platformalarında “Fakt yoxla” rubrikası yaradılacaq. Təlimlər interaktiv formatda keçiriləcək və iştirakçıların kritik düşüncə, analitik yanaşma və fakt yoxlama bacarıqlarının inkişafına yönəldiləcək.

Layihənin əsas məqsədi gənc jurnalistlərin və geniş ictimaiyyətin informasiya təhlükəsizliyi sahəsində dayanıqlılığını artırmaq, sosial mediada məsuliyyətli davranış vərdişlərini formalaşdırmaqdır. Bu təşəbbüs cəmiyyətin dezinformasiyaya qarşı daha hazırlıqlı olmasına, gənclərin peşəkar inkişafına və ümumilikdə medianın etibarlılığının yüksəlməsinə töhfə verəcək.

Layihənin icra müddəti 1 may 2026-cı il tarixindən 30 iyun 2026-cı il tarixinədək nəzərdə tutulub.

#verilib #baki #i̇nformasiya #start
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər