00:00:00
Yazar
Admin User
12.12.2025 18:42 132 2 dəq oxuma
Sosial

Niyə insanlar başqalarını təkrarlayır?

Niyə insanlar başqalarını təkrarlayır?

İnsanlar sosial varlıqlardır və ətraf mühitdən daim təsirlənirlər. Həyatımız boyunca bəzən özümüz də fərqinə varmadan başqalarının sözlərini, davranışlarını və ya fikir tərzini təkrarlayırıq. Bu təqlid həm uşaqlarda öyrənmənin əsas yollarından biridir, həm də yetkinlərdə sosial əlaqələri gücləndirir. İnsanlar başqalarını təkrarlayaraq yeni bacarıqlar öyrənir, empati qurur və qrup daxilində uyğunlaşır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nərmin Ağayeva bildirib ki, təqlid uşağın beyninin ən güclü mexanizmidir:

 

"Uşaq təqlid etməsə, nə danışa bilər, nə oynaya bilər, nə sosiallaşa bilər. Beyin copypaste rejimi ilə işləyir. Uşaq sənin jestlərini, tonunu, davranışını kopyalayaraq öz şəxsiyyətinin inşasına başlayır. Sözləri təkrarlamaq olmasa, nitq inkişafı dayanar. Emosianal oxuma bacarığı təqlidlə yaranır. Gülüşünü gülür, əsəbini təkrarlayır. Nəticədə empatiya adlı bacarığ yaranır. Sosial qaydaları kitablardan deyil, insanlardan öyrənirlər. Məsələn: paylaşmaq, gözləmək, sırada durmaq hamısı müşahidə+təkrarlama düsturu ilə əmələ gəlir. Uşaq təqlid etmirsə, demək öyrənmə sistemi aktiv deyil. Təkrarlanma həmişə müsbəy nəticə vermir. Bəzən raket kimi uşağı qaldırır, bəzən mina kimi partladır. Müsbət tərəfləri davranış öyrədir, uşaqların nitqini açır, sosial bacarığları cilovlayır, adaptivlik yaradır. Mənfi tərəfləri isə uşaq model seçibsə, yanlış davranışları kopyalayıb həyatına salır. Ona görə uşağa düzgün model seçim etməkdə kömək etmək lazımdır. EQ-si zəif olan valideynin emosianal reaksiyalarını uşaq təkrarlayıb agressiv və ya həssas ola bilər. Autizmdə exalaliya adaptiv öyrənmədən çıxıb funksional olmayan mexanizmə çevrilə bilər. Son olaraq özünü itirmə prossesi başlayır şəxsiyyət yox kopyalamaq yaranır. Yəni məsələ təkrarlama kimdən təkrarladığındandır. Təkrarlama sosial əlaqələrin gizli yapışqanıdır. Aynalanma effekti var insanın məni anlayır hissinə salır. Yaxınlığı 3 qat artırır. Həm söhbətin jestini söz seçimini yüngülcə təkrarlamaq etibar və simpatiya yarada bilər. Qrup daxilində təkrarlama insanı qəbul olunmuş hissi verir. Birdə liderlərin davranışlarını təqlid edən insanlar daha çox sosial yüksəliş yaşayır. Çünki beyin liderlik davranışını mənimsəyir. Nəticədə təkrarlama psixologiyada həm inkişafın dinamosudur həm sosial münasibətlərin görünməz valyutasıdır".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər